Narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirilmişdir.
Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində Azərbaycan Milli QHT Forumu və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının İşçi qrupu ilə birgə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” çərçivəsində “Narkomaniyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir keşirilmişdir.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının sədri Abil Ağasəfov açaraq mövzunun aktuallığı və bu istiqamətdə rayonda görülən işlər barədə ətraflı danışmışdır.
Sonra Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Vasif Quliyev, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov, “Çıraq” Psixoloji Araşdırma və Dəstək Mərkəzinin sədri Vüsalə Xəlilova, Milli QHT Forumunun prezidenti, Dövlət Komissiyasının üzvü Rauf Zeyni, Qəbələ Rayon Polis Şöbəsi cinayət-axtarış bölməsinin rəisi polkovnik-leytenant Azər Cəfərov mövzu ətrafında çıxış etmişlər. Onlar respublikamızda bu sahədə həyata keçirilən tədbirlər haqqında yığıncaq işrirakçılarını məlumatlandırmış, hər bir ölkə vətəndaşını narkomaniyaya qarşı mübarizədə fəal təbliğatçı olmağa çağırmışlar.