Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə aparılan arxeoloji tədqiqata dair elmi məqalə dərc olunmuşdur.

23 oktyabr 2015 | 15:00

Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunun “Rossiyskaya arxeoloqiya” jurnalında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Natiq Alışovun “Kilsəlitəpədəki Qafqaz Albaniyası abidəsində arxeoloji tədqiqatlar” (“Археологические исследования на памятнике Кильсяли тепе Кавказской Албании”) məqaləsi dərc edilmişdir. Qəbələ rayonunun Nic qəsəbəsi yaxınlığında yerləşən Kilsəlitəpədəki alban məbədinə 2011-ci ilin iyun ayında baxış keçirilmiş, 2012-ci ildə isə Natiq Alışov Qəbələ arxeoloji ekspedisiyasının tərkibində abidəni tədqiq etmişdir. Abidədə aparılan arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, yarımqazma şəklində tikilən məbədin memarlığı digər alban kilsələri ilə ümumi cəhətlərə və eyni zamanda, özünəməxsus cizgilərə malik olub. Həmçinin məqalədə göstərilmişdir ki, öz memarlıq xüsusiyyətlərinə görə Kilsəlitəpə məbədi VII əsrin sonu, VIII əsrin əvvəllərində inşa edilmiş və son orta əsrlərədək fəaliyyət göstərmişdir. Müasir Azərbaycan elmində Azərbaycan tarixinin tərkib hissəsi olan Qafqaz Albaniyasının maddi və mənəvi irsinin qabaqcıl elmi standartlara uyğun araşdırılmasını nümayiş etdirən məqalə əcnəbi tədqiqatçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Keçidlər