Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Vətənin Müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi.

26 oktyabr 2015 | 16:00

Gənclər və idman idarəsinin təşkilatçılığı, təhsil şöbəsinin iştirakı ilə “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçrilmişdir. Yarışın keçirilməsində məqsəd gəncləri vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, onlarda vətənə məhəbbət və vətənpərvərlik hissini artırmaq, çağırış və çağırış yaşına qədərki yeniyetmələr arasında hərbi hazırlığının gücləndirmək, idmançılarda yarış təcrübəsini və ustalığı artırmaqdan ibarətdir.  Tədbiri Qəbələ Rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov açaraq, yarışın məqsəd və vəzifələri barədə iştirakçılara məlumat vermişdir.  Beynəlxalq Poliatlon çoxnövçülüyü Assosiasiyasının qaydalarına əsasən 100 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma üzrə keçirilən birincilikdə rayonun ümumtəhsil məktəblərindən 20-dək komanda iştirak etmişdir.  Yarışın yekununda Əmirvan kənd tam orta məktəbin komandası I, Vəndam qəsəbə 1 saylı tam orta məktəbin komandası II və Qəbələ şəhər 2 saylı tam orta məktəbin komandası III yeri tutmuşlar. Qalib komandalara Gənclər və İdman idarəsinin diplomları təqdim edilmişdir. Birinci yeri tutmuş komanda respublika çempionatının zona mərhələsində iştirak etməyə vəsiqə qazanmışdır.

Keçidlər