“Əsrlərdən gələn sənətimiz” layihəsinin təqdimatı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Qəbələdə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi tərəfindən “Əsrlərdən gələn sənətimiz” layihəsinin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə müxtəlif sənətkarlıqla məşğul olan 25-dək gənc ustalar iştirak etmişlər. 25 sentyabr 2015-ci il tarixdə start verilən “Əsrlərdən gələn sənətimiz” layihəsi altı ay müddətində fəaliyyət göstərəcəkdir. Regionları əhatə edəcək tədbirlərdə gənclərin sənətkarlığa meyillilik istiqamətində həvəsləndirilməsi, unudulmuş sənətkarlıq sahələrinin dirçəldilməsinə cəlb olunması, eləcə də onların bu sahə ilə məşğul olaraq öz şəxsi bizneslərini yarada bilmələri, bazarı düzgün qiymətləndirmələri və sahibkarlıq dünyagörüşlərini artırmaları ilə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.