“Öz məqsədlərini yaşat” devizi altında festival keçiriləcək
Oktyabrın 31-də Qəbələ şəhər stadionunda AFFA-nın təşkilatçılığı ilə “Öz məqsədlərini yaşat” (“Live your goals”) devizi altında festival təşkil olunacaq. Azərbaycanda isə bu deviz altında silsilə tədbirlər 2012-ci ildən keçirilir. FİFA-nın bayrağı altında təşkil olunacaq festivalda beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev, 21 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzales, komandanın üzvləri Aysun Əliyeva, Nigar Cəlilli və Aytac Şərifova iştirak edəcəklər. Layihə ilk dəfə 2011-ci ildə Almaniyada keçirilən futbol üzrə qadınlar arasında dünya çempionatı ərəfəsində reallaşdırılıb. Layihənin məqsədi qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların idmanın bu növü ilə mütəmadi məşğul olmalarına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın gücləndirilməsidir.