Yeni tamaşa hazırlanmışdır.
Oktyabrın 28-də Qəbələ Mədəniyyət Mərkəzində “Şəms” uşaq teatrının “Tülkünün kələyi” adlı tamaşası nümayiş olunmuşdur. Tamaşada nağıl qəhrəmanları Cırtdan, Keçəl, Tıq-tıq xanım, Göycək Fatma, Tülkü obrazları aktyorlar tərəfindən məharətlə canlandırılmışdır. Tamaşa balaca tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Xəyal Gəncimovun quruluş verdiyi tamaşada rolları Müsavər Qasımov, Elşən Salehov, Səbinə Sabirli, Sabir Baxışov, Aytən Rəhimova, Cahanə Əzizli oynamışdır. Musiqi tərtibatçısı Şəbnəm Kamallı olan tamaşanın yaradıcı qrupunda Süleyman Yaqubov və Qismət Məsimov iştirak emişdir. Mədəniyyət mərkəzindən bildirilmişdir ki, balaca tamaşaçıları sevindirmək üçün teatrda yeni repertuarlara müraciət edilməsi nəzərdə tutulmuşdur.