Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Öz məqsədlərini yaşat” devizi altında qadın futbol festivalı keçirilmişdir.

02 noyabr 2015 | 16:00

AFFA-nın təşkilatçılığı ilə  Qəbələ şəhər stadionunda “Öz məqsədlərini yaşat” (“Live your goals”) devizi altında festival təşkil olunmuşdur. Azərbaycanda bu deviz altında silsilə tədbirlər 2012-ci ildən keçirilməkdədir. FİFA-nın bayrağı altında təşkil olunan festivalda ümumtəhsil məktəblərinin I-V siniflərində təhsil alan qızların iştirakı ilə maraqlı əyləncəli proqram nümayiş etdirilmişdir. Tədbirin açılışında rayon gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək respublikada, o cümlədən Qəbələdə futbolun inkişafından, kütləviliyi üçün görülən işlərdən və dövlət tərəfindən yaradılmış şəraitdən danışmışdır. Daha sonra beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev və 21 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzales çıxış edərək iştirakçılara uğurlar arzulamışlar. Qeyd olunmuşdur ki, layihənin keçirilməsində məqsəd qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların idmanın bu növü ilə mütəmadi məşğul olmalarına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın gücləndirilməsidir.

Keçidlər