Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qəbələ” turniri 2-ci sırada başa vurub.

08 noyabr 2015 | 02:00

Türkiyədə keçirilən “Antalya Cup” turniri yekunlaşdırılmışdır. “Qəbələ”nin 15 yaşlılardan ibarət komandası turniri 2-ci pillədə başa vurmuşdur. Dörd komandanın dairəvi sistemlə iki dövrədə mübarizə apardığı turnirdə həmyerlilərimiz 6 oyun keçirmişdir. Komandamız I dövrədə “Lokomotiv”ə (Rusiya) 0:2 hesabı ilə uduzmuş, “Antalyaspor”a (Türkiyə) 3:1 hesabı ilə qalib gəlmişdir. Daha sonra “Dunarea” (Rumıniya) ilə heç-heçə etmişdir – 1:1. Rusiya təmsilçisi ilə ikinci qarşılaşmada da eyni hesabla (0:2) uduzan futbolçularımız, meydan sahiblərini yenə 3 qolla məğlub etmişdir – 3:2. “Antalya Cup” turnirinin son turu öncəsi “Lokomotiv” 1-ci, Türkiyə klubu isə sonuncu yerdə olduğundan “Qəbələ” ilə “Dunarea” arasında qarşılaşma 2-ci yerin taleyinə aydınlıq gətirmişdir. 1:0 hesabı ilə qalib gələn komandamız turnirdə 3-cü qələbəsini qazanaraq, xal hesabını 10-a çatdırmış və “Antalya Cup”da 2-ci yeri tutmuşdur. Xatırladaq ki, komandamız U-15 Liqasında keçirdiyi 8 oyunun hamısında qalib gələrək liderlər qrupunda qərarlaşmışdır.

Keçidlər