Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ölkənin bir qrup alimi Qəbələ rayonuna səfər etmişdir.

08 noyabr 2015 | 04:00

Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun təşkilatçılığı ilə ölkənin bir qrup alimi və professor-müəllim heyəti noyabrın 7-də “Qafqaz Albaniyasının intibahı” layihəsi çərçivəsində tanışlıq məqsədi ilə Qəbələ rayonuna gəlmişdir. Qəbələ Mədəniyyət Mərkəzində keçirilən konfransda Respublika Bilik Fondunun əməkdaşı Hacı Abdullayev, rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Bilik Fondunun yerli nümayəndəsi Təranə Səlimova, mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova, tarix-diyarşünaslıq muzeyinin direktoru Xalis Məmmədov və başqaları Qafqaz Albaniyasının zəngin tarixini işıqlandıran mövzularda cıxışlar etmişlər. Sonra qonaqlar rayonun tarix-mədəniyyət abidələri ilə yaxından tanış olmuşlar. Onlar səfər çərçivəsində rayon tarix-diyarşünaslıq muzeyinə və Nic qəsəbəsindəki “Çotari” udi-alban kilsəsinədə də baş çəkmişlər.

Keçidlər