Qanvermə aksiyası təşkil olunmuşdur.
11 noyabr 2015 | 16:00
Rayon mərkəzi xəstəxanasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ETHQ-nın mütəxəsis briqadası tərəfindən qanvermə aksiyası keçirilmişdir. Aksiyada 247 nəfər könüllü iştirak etmiş, 80 litrə yaxın qan tədarük edilmişdir. Tədarük olunan qanın talassemiyalı və digər qan xəstəliyi olan şəxslərə köçürülməsi nəzərdə tutulmuşdur. Aksiyanın mütəşəkkil keçirilməsində rayonun əmək kollektivləri üstünlük təşkil etmişlər.