Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Zorakılığa son” mözusunda konfrans keçirilmişdir.

12 noyabr 2015 | 16:00

“2008-2015-ci illərdə Azərbaycanda Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf Dövlət Proqramı” üzrə tədbirlər planına əsasən zorakılıqların qarşısının alınması istiqamətində əhalinin maarifləndirilməsi məqsədilə Qəbələ Rayon Mədəniyyət Mərkəzində “Zorakılığa son” mövzusunda konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə rayon uşaq və ailələrə dəstək mərkəzinin direktoru Rəna Mahmudova açmışdır. Əvvəlcə mərkəzin zorakılıqla bağlı keçirdiyi tədbirlərdən hazırlanmış “Sayd show” nümayiş etdirilmişdir. Sonra monitorinq qrupunun üzvü, rayon qeydiyyat idarəsinin müdiri Zinyət Bağırova “Zorakılığa son” mövzusunda məruzə edərək, bu sahədə qəbul olunmuş qanunları, qadın, kişi və uşaqlara edilən zorakılıqların onların mənəviyyatına vurduğu psixoloji və fiziki zərərlərin fəsadlarını diqqətə çatdırmışdır. Məruzəçi erkən nikahların qarşısının alınmasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi üçün ailə məcəlləsinə edilmiş dəyişikliklərə istinadən əhalinin bu istiqamətdə maarifləndirilməsi ilə bağlı səylərin artırılmasına ehtiyac olduğunu vurğulamışdır. Konfransda monitorinq qrupunun üzvü, rayon prokurorunun böyük köməkçisi Ruslan Ağayev, gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov, polis şöbəsinin azyaşlıların işi üzrə inspektoru Azər Hüseyinov, Vəndam qəsəbə icra nümayəndəsinin müavini Azad Xitilov və başqaları çıxış etmiş və bu sahədə görülən işlərdən danışmışlar. Sonda konnfrans iştirakçıları məişət zorakılığının aradan qaldırılması yollarına dair fikir mübadiləsi aparmışlar.

Keçidlər