Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Gənc sahibkarların innovativ koordinasiyası” mövzusunda tədbir.

17 noyabr 2015 | 02:00

Qəbələ Regional QHT- lərin Resurs və Təlim Mərkəzində “Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc sahibkarların innovativ koordinasiyası” mövzusunda tədbir keçirilmişdir. Tədbir iştirakçılarına ölkədə gənc sahibkarların fəaliyyəti, uğurlu sahibkarlığın prinsipləri, sahibkarlara göstərilən dövlət dəstəyi və onlara yaradılmış əlverişli şərait, sahibkarlıq və innovasiya haqqında ətraflı məlumat verilmişdir. Sonda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılmışdır.

Keçidlər