Məktəblilərimiz tur-səfərlərinə yola düşmüşlər.
17 noyabr 2015 | 04:00
Qəbələnin ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Quba -Qusar -Xaçmaz rayonlarına tur-səfərlərinə yola düşmüşlər. Onlar yola düşməzdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gələrək ulu öndərə öz ehtiramlarını bildirmişlər. Noyabrın 19-dək davam edəcək səfər çərçivəsində layihə iştirakçıları qeyd olunan rayonların tarixi, mədəniyyət abidələri, sənaye obyektləri və turizm sektoru ilə yaxından tanış olacaqlar.