Qəbələ rayonuna gəlmişlər.
Prezident İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyaların növbəti mərhələsinə start verilmişdir.
Qeyd olunmalıdır ki, tariximizi və adət-ənənələrimizi dərindən öyrənmək məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan məktəblilərin digər bölgələrə səyahətlərinin təşkil edilməsi böyük əhəmiyyətə malikdir. Bu səyahətlər zamanı onlar ölkəmizi daha yaxından tanıyır, Azərbaycan tarixini dərindən öyrənirlər.
Bu istiqamətdə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində respublikanın Sumqayıt şəhər, Abşeron, Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz və Xızı rayonlarının məktəbliləri noyabrın 16-da Qəbələ rayonuna gəlmişlər. Onları rayon icra hakimiyyətinin və təhsil şöbəsinin rəsmiləri qarşılamışlar.
Səfər çərçivəsində layihə iştirakçıları Qəbələnin sənaye obyektləri, turizm sektoru və mədəni-tarixi abidələri ilə yaxından tanış olmuşlar.