Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda heyvandarlığın inkişafına həsr olunmuş zona müşavirəsi keçirilmişdir.

20 noyabr 2015 | 22:00

Qəbələ rayonunda heyvandarlıq sahəsində prioritetlərin müəyyən edilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə zona baytarlıq laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi, heyvanların süni mayalandırılmasında istifadə olunan genetik materialın müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri ilə bağlı zona müşavirəsi keçirilmişdir. Müşavirədə Qəbələ, İsmayıllı və Oğuz rayonlarından heyvandarlıqla məşğul olan fermerlər, süni mayalama mütəxəssisləri, heyvandarlıq mütəxəssisləri iştirak etmişdir. Zona müşavirəsində Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək, 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı qarşıda duran vəzifələr, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yolları, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə mütərəqqi texnologiyalar, bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkili barədə ətraflı məlumat vermişdir. Müşavirədə heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, heyvan xəstəlikləri ilə mübarizə tədbirləri, heyvandarlıqda möhkəm yem bazasının yaradılması yolları və süni mayalamanın əhəmiyyəti barədə təqdimatlar və çıxışlar olmuşdur. Zona müşavirəsində fermer və mütəxəssisləri maraqlandıran məsələlərlə bağlı sualları ətraflı cavablandırılmış və qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Müşavirənin sonunda müasir heyvandarlıq komplekslərində və yüksək məhsuldar heyvan saxlayan kiçik həcmli ailə təsərrüfatlarında qabaqcıl təcrübənin nümayişi təşkil edilmişdir.

Keçidlər