Ədliyyə işçilərinin peşə bayramı qeyd olunmuşdur.
Azərbacanda ədliyyə sisteminin zəngin tarixi vardır. Müstəqil dövlətimizin ədliyyə tarixi 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Həmin il may ayının 28-də ədliyyə nazirliyi də yaradılmış, ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmişdir. O cümlədən 1918-ci ilin noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin əsasnamələri təsdiq edilmişdir. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirilmiş, ədliyyə nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artmışdır. Ulu öndərin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə ölkəmizdə hər il noyabrın ayının 22-i ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Rayonun ədliyyə işçiləri bu gün öz peşə bayramlarını qeyd etmək üçün şəhərin mərkəzindəki Heydər Əliyev Parkına gələrək, ümummilli liderin abidəsi önünə tər qızıl gül dəstələri qoymuş, dahi şəxsiyyətə öz dərin hörmət və ehtiramlarını bildirmişlər. Mərasimdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev və rayonun hüquq- mühafizrə orqanlarının rəhbərləri iştirak etmişlər.