Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Narkomaniyaya yox deyirik” mövzusunda rəsm sərgisi açılmışdır.

02 dekabr 2015 | 16:00

Qəbələ Dövlət Rəsm Qalereyasında gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması və narkomaniya ilə mübarizə tədbirləri istiqamətində onların maarifləndirilməsi məqsədilə “Narkomaniyaya yox deyirik” mövzusunda rəsm sərgi təşkil olunmuşdur. Sərgidə qəbələli uşaqların əl işləri nümayiş olunmuşdur. Müsabiqə qaydasında keçirilən sərgidə 1-ci, 2-ci və 3-cü yeri tutan uşaqlar münsiflər tərəfindən diplomlarla təltif edilmiş, digər iştirakçılara isə həvəsləndirici mükafatlar təqdim olunmuşdur. Narkomaniyanın yayılması və qarşısının alınması sahəsində əyani təsir və güclü təbliğat vsitəsi kimi böyük əhəmiyyəti kəsb edən rəsm sərgilərinin bundan sonra da qalereyada mütəmadi təşkil olunması nəzərdə tutulmuşdur

Keçidlər