“Qəbələ” komandası böyük hesabla qalib gəlmişdir.
Dekabrın 3-də futbol üzrə Azərbaycan kuboku yarışlarının səkkizdəbir final mərhələsi çərçivəsində daha bir oyun keçirilmişdir. Premyer Liqa təmsilçisi "Qəbələ" doğma meydanda birinci divizionda mübarizə aparan "Mil-Muğan"ı qəbul edərək, iki il əvvəl olduğu kimi yenə səkkizdəbir finalda qələbə qazanmışdır. Komandamız hələ ilk hissədə rəqibinin qapısından 5 cavabsız top keçirmişdir. Derlis Meza Kolli matçın 5-ci, Ruslan Abışov 16-cı, Fakundo Pereyra 22-ci, Rikardinyo 43-cü, Ermin Zets isə 44-cü dəqiqəsində fərqlənmişlər. İkinci yarıda da “Qəbələ” Vaqif Cavadovun 58-ci və Asif Məmmədovun 83-cü dəqiqələrdə vurduqları qolla matçda hesabı 7:0-a çatdırmışdır. “Qəbələ”nin növbəti mərhələdə rəqibi "Zirə" komandası olacaq.