Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilir.

05 dekabr 2015 | 16:00

Qəbələ rayonunda ümummilli lider Heydər Əliyevin xatirə günü münasibətilə silsilə tədbirlər davam etdirilir. Dekabr ayının əvvəllərindən başlayaraq rayonun təhsil, səhiyyə, mədəniyyət obyektlərində dahi şəxsiyyətin xatirə günü münasibətilə müxtəlif tədbirlər keçirilir, onun Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri bir daha yada salınır. Qəbələ Mədəniyyət Mərkəzində keçirilən növbəti tədbir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun siyasi fəaliyyətinə həsr olunmuşdu. Əvvəlcə tədbir iştirakçıları mövzuya dair yaradılmış sərgi ilə tanış olmuşlar. Sonra mərkəzin konfrans zalında keçirilən rəsmi hissədə rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarovanın “Xalqımızın böyük oğlu Heydər Əliyevin milli mədəniyyətimizin inkişafına verdiyi töhfələr” mövzusunda məruzəsi dinlənilmişdir. Çıxışlarda unikal siyasətçinin müstəqilliyimizin bərqərar olunması və qorunması istiqmətində gördüyü işlər geniş təhlil edilmişdir. Yekunda ulu öndərin ömür yolundan bəhs edən sənədli videofilm nümayiş etdirilmişdir.

Keçidlər