Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ziyalılarla görüş keçirilmişdir.

08 dekabr 2015 | 00:00

Rayon mərkəzi kitabxanasında Qəbələ ziyallıları ilə görüş keşirilmışdir. Tədbirdə oxuculara xidmət işinin təşkili, kitabın təbliğı və əhalinin maarifləndirilməsi sahəsində kitabxanaların rolu haqqında geniş məlumat verilmişdir. Tədbir iştirakçıları əvvəlcə müasir avadanlıqlarla təmin edilən kitabxananın foyesində hazırlanmış sərgilər, guşələr və fotostendlərlə tanış olmuşlar. Daha sonra görüş oxucu zalında davam etdirilmişdir. Tədbiri mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Ramiz Mirzəyev açaraq kitabxanada görülən işlərdən danışmış, son illərdə oxuculara xidmət işinin yaxşılaşdırılması iştiqamətində MKS-də həyata keçirilən tədbirlərdən söz açmışdır. Ağsaqqalların və yerli yazarların da qatıldığı görüşdə səslənən çıxışlarda gənclərdə və yeniyetmələrdə vətənpərvərlik hisslərinin aşılanması, onların arasında hüquqi biliklərin təbliği, cəmiyyətdə narkomaniyaya və dini radikalizmə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində ziyalıların gücündən istifadə yolları və sair aktual məsələlərə toxunulmuşdur.

Keçidlər