Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Kikboksçumuz Pərviz Abdullayev “Glory World Series” turnirinin qalibi olmuşdur.

08 dekabr 2015 | 01:00

Azərbaycanı və “Qəbələ” idman klubunu beynəlxalq arenada uğurla təmsil edən kikboksçumuz Pərviz Abdullayev ölkə tarixində ilk dəfə olaraq bu idman növü üzrə ən mötəbər yarış hesab olunan “Glory World Series”də rinqə çıxmış və qələbə qazanmışdır. Hollandiyanın paytaxtı Amsterdamda keçirilən döyüşdə Pərviz Abdullayev mərakeşli Aziz Kallahla üz-üzə gəlib. Üç raund davam edən qarşılaşmanın sonunda hakimlər yekdilliklə döyüşü üstün keçirən Pərviz Abdullayevin xeyrinə qərar vermişlər. Beşqat dünya çempionu olan Pərviz Abdullayev 45 peşəkar döyüş keçirib və 41 dəfə qalib gəlmişdir.

Keçidlər