Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Gənclərin səmərəli məşğulluğunun təmin olunmasına dair konfrans.

10 dekabr 2015 | 16:00

Qəbələ şəhər 1 saylı tam orta məktəbdə “Gənclərin səmərəli məşğulluğunun təmin olunmasında peşəyönümü işinin təşkili” mövzusunda konfrans keçirilmişdir. Konfransda şəhərin ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak etmişlər. Konfransda çıxış edən rayon məşğulluq mərkəzinin direktoru Elxan Səlimov əmək bazarında olan mövcud vəziyyəti tədbir iştirakçılarının diqqətinə çatdıraraq, onlara peşə seçimində köməklik məqsədilə mərkəz tərəfindən peşəyönümünə həsr olunmuş konfranslar, seminarlar, məşğələlər keçirildiyini vurğulamış, işaxtaran vətəndaşlara mərkəzdə göstərilən xidmətlər barədə geniş məlumat vermişdir. O, gənclərin səmərəli məşğulluğunun təmin olunmasında peşə seçiminin mühüm rol oynadığına diqqət çəkərək, məktəblilərə peşəyönümü, peşələrin təsnifatı, peşələrin sinifləri, peşə hazırlığının aktuallığı prinsiplərini ətraflı izah etmişdir. 2015-ci ilin 11 ayı ərzində rayonun 17 tam orta məktəbinin IX-XI sinif şagirdlərindən 1445 nəfərin peşəyönümü məsləhətlərə cəlb olunduğunu vurğulayan natiq bunun işsizliyin aradan qaldırılmasına verəcəyi töhfələrdən danışmışdır.

Keçidlər