Dövlət Sosial Müdafiə Fondunun sədri Qəbələdə vətəndaşları qəbul edəcək.
12 dekabr 2015 | 00:00
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev dekabrın 16-da Qəbələ, Ağdaş, Göyçay, Ucar rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyicilərini və pensiyaçıları qəbul edəcək. Qəbələ Mədəniyyət Mərkəzində təşkil ediləcək qəbula vətəndaşların aparılıb-gətirilməsi Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla təmin olunması nəzərdə tutulmuşdur.