Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Peşə bayramlarını qeyd etmişlər.

17 dekabr 2015 | 02:00

Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları peşə bayramlarını qeyd etmişlər. Əvvəlcə mərkəzin əməkdaşları ulu öndər Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsi önünə gələrək gül dəstələri düzmüş, ümummilli liderin işıqlı xatirəsini yad etmişlər. Sonra mərkəzin inzibati binasında qurumun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli iclas keçirilmişdir. Yığıncaqda Fövqəladə Hallar Nazirliyi Şimal-Qərb Regional Mərkəzinin rəisi Sadiq Bəkirli peşə bayramı münasibəti ilə şəxsi heyəti təbrik edərək, onlara xidməti işlərində uğurlar arzulamışdır. Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov iştirak etmişdir.

Keçidlər