Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Şahmat üzrə rayon birinciliyi keçirilmişdir.

23 dekabr 2015 | 02:00

Şahmat idman növünün kütləviliyinin təmin olunması, yarış iştirakçılarının idman ustalıqlarının artırılması, həmçinin müvafiq yaş qrupları üzrə rayonun yığma komandasının tərkibinin müəyyənləşdirilməsi məqsədilə gənclər və idman idarəsi tərəfindən “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü”nə həsr olunmuş rayon birinciliyi keçirilmişdir. Birinciliyin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və yeni il münasibətilə iştirakçıları təbrik etmiş, onlara uğurlar arzulamışdır.  8-10-12-14 və 16 yaş qruplarında yeniyetmə və gənclər dairəvi sistem üzrə mübarizə aparmışlar. Yarışda 60-ə qədər oğlan və qızlar öz qüvvələrini sınamışlar. Birinciliyin yekununa əsasən hər yaş qrupunda I, II və III yerləri tutan qaliblərə rayon gənclər və idman idarəsinin diplomları təqdim edilmişdir.

Keçidlər