Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində xizəkçilik mövsümünün açılışı olmuşdur.

23 dekabr 2015 | 04:00

“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində yeni xizəkçilik mövsümünün açılışı olmuş və dağ-xizək idman növü üzrə ödənişsiz təlimlərə start verilmişdir.  Kompleksdə orta məktəb şagirdlərinin dağ-xizək idman növünə marağının artırılması, xizəkçiliyin sirlərinə yiyələnməsi və onların peşəkar idmançı kimi yetişdirilməsi üçün hər cür şərait yaradılmışdır. Bu xizək mövsümündə Qəbələ və ətraf rayonların məktəbliləri qrafikə uyğun olaraq kompleksdə göstərilən kanat və xizək xidmətlərindən bəhrələnəcəklər. Şagirdlərin böyük marağına səbəb olan bu təmənnasız xizəkçilik təlimləri martın sonunadək davam edəcəkdir. Ölkəmizdə qış turizminin inkişafına kömək məqsədilə keçirilən təlimlərdə iştirak edən yeniyetmə və gənclər arasında gələcəkdə müxtəlif yarışların təşkili, onların yerli və beynəlxalq turnirlərdə iştirakının təmin olunması nəzərdə tutulur. Şagirdlər üçün ötən xizəkçilik mövsümündə də pulsuz təlimlər təşkil edilmişdi və ümumilikdə 1000-dən çox məktəbli təlimlərdən bəhrələnərək xizəkçiliyin sirlərinə yiyələnmişlər. Hazırda xizək trassasında 8 sürüşmə zolağı istifadəyə verilmişdir. Turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar və beşulduzlu “Tufandağ” oteli açılmış, bütün dağ-xizək trassası süni qaryağdıran generasiya sistemi ilə təchiz edilmişdir. Gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsi mümkündür. Ümumilikdə 4 kanat xəttinin uzunluğu 6 kilometr, 10 xizək yolunun uzunluğu 17 kilometrdir.  Turistlər kanat yolu ilə qarla örtülmüş uca dağların zirvəsinə qalxaraq, 1660 metrlik yüksəklikdən Qəbələ şəhərini, Duruca kəndini, ətrafdakı çayları, meşələri, gözəl mənzərələri seyr etmək, dağın zirvəsində kafe və restoran xidmətlərindən bəhrələnmək imkanına malikdirlər.

Keçidlər