Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Maarifləndirici tədbir keçirilmişdir.

24 dekabr 2015 | 00:00

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Qəbələ Regional QHT- lərin Resurs və Təlim Mərkəzində “Gənc Hüquqşünas Qadınlar Hüquqi İslahatlar Uğrunda” İctimai Birliyi tərəfindən "Cəza çəkməkdən azad edilən gənclərin sosial adaptasiyası və reabilitasiyası" layihəsi çərçivəsində tədbir keçirilmişdir. Tədbir iştirakçılarına cəzaçəkmə müəssisələrindən azad edilmiş gənclərin sosial adaptasiyası, reabilitasiyası, məşğulluğunun təmin edilməsi, onlara sosial, hüquqi, psixoloji və s. yardımların göstərilməsi istiqamətində geniş maarifləndirici məlumatlar verilmişdir. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər