Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Offroad” yürüşü təşkil edilmişdir.

24 dekabr 2015 | 01:00

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Qəbələdə “Offroad” yürüşü keçirilmişdir. 25 “Offroad” avtomobilinin iştirakı ilə iki gün ərzində keçirilən yürüş Qəbələ-Oğuz-Şəki-Zaqatala marşrutu üzrə təşkil olunmuşdur. Yürüşün keçirilməsində məqsəd avtomobil idmanının inkişaf etdirilməsi və regionlardakı avtomobil həvəskarlarının bu idman növünə cəlb edilməsidir. Yürüş zamanı gənclər və idman naziri Azad Rəhimov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov federasiya üzvləri və müxtəlif yarışlarda qələbələr əldə etmiş “Offroad” komandası ilə görüşmüşlər. Avtomobil Federasiyasının dəstəyi ilə Azərbaycan komandası müxtəlif beynəlxalq, o cümlədən bu il Türkiyədə keçirilən “Offroad” yarışlarında iştirak etmişdir. “Offroad” klubu bu il dünyanın müxtəlif ölkələrinə səyahət edən avtomobilçilərdən ibarət “Dünya bizimdir” adlı beynəlxalq ekspedisiyada da təmsil olunmuşdur.

Keçidlər