Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ IV Beynəlxalq İncəsənət Sərgisinə maraq gündən-günə artır.

24 dekabr 2015 | 02:00

Azərbaycan Mədəniyyəti Fondu (AMF) və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşlikatçılığı ilə açılmış Qəbələ IV Beynəlxalq İncəsənət Sərgisi davam edir. 19 ölkənin 112 rəssamının qatıldığı sərgiyə gələn tamaşaçıların sayı gündən-günə artmaqdadır. Rayon sakinləri və əmək kollektivləri dəstə-dəstə Heydər Əliyev Konqres Mərkəzinə gələrək nümayiş etdirilən sənət əsərlərinə tamaşa edir, müxtəlif xalqları təmsil edən fırça ustalarının bir-birindən maraqlı rəngkarlıq nümunələri, gözoxşayan kompozisiyaları ilə tanış olurlar. Ölkələr və xalqlar arasında mədəni əlaqələrin inkişafı istiqamətində böyük əhəmiyyət kəsb edən bu səpkili beynəlxalq tədbirlər qəbələli sənətsevərlər və ziyalılar tərəfindən yüksək qiymətləndirilir.

Keçidlər