Elmi-praktik konfrans keçirilmişdir.
Qəbələ Turizm İnformasiya Mərkəzində “Bələdçilik xidmətinin turizmdə rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbirdə Qəbələ Turizm İnformasiya Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verilmiş, mərkəzin bələdçiləri tərəfindən turistlərə azərbaycan, rus, ingilis, alman, fransız, ərəb dillərində xidmət göstərildiyi bildirilmişdir. Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova tədbirdə çıxış edərək dövlətimizin turizmin inkafına göstərdiyi diqqət, Qəbələdə turizmin sürətli inkişafı və turizm potensialı, turizmdə bələdçiliyin əhəmiyyəti haqqında geniş söhbət açmış, mövcud turizm marşrutları və s. haqqında məlumat vermişdir. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.