Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

İdmançılar üçün seminar təşkil olunmuşdur.

25 dekabr 2015 | 01:00

Qəbələdə Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə (ACF) region rayonlarında (Qəbələ, İsmayıllı, Şamaxı, Oğuz və Ağsu) çalışan cüdo məşqçiləri və idmançıları üçün seminar- müşavirə keçirilmişdir. “Qəbələ” Futbol Akademiyasının binasında yerləşən yeni cüdo zalında təşkil edilən seminar-müşavirədə regionda cüdonun problemləri və onların həll yolları müzakirə olunmuş, məşqçi-müəllimlərin təklifləri dinlənilmişdir. Müşavirədə “Qəbələ” idman klubunun rayonda cüdonun inkişafı sahəsində gördüyü işlər xüsusi vurğulanmışdır. Sonda klubun məşqçisi Rail İsmayılov regionun koordinatoru təyin edilmişdir.

Keçidlər