Gənclər və İdman Nazirliyi tərəfindən “Qəbələ” klubu ilin ən yaxşı idman təşkilatı elan olunmuşdur.
26 dekabr 2015 | 00:00
Yola saldığımız ildə fərqlənən idmançılar, idman klubları, məşqçilər və komandalar dekabrın 24-də Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılmışdır. Ölkəmizin idman həyatında 2015-ci ildə qazandığı uğurlarına görə Gənclər və İdman naziri bu məqsədlə dünən keçirilən mərasimdə “Qəbələ” idman klubunu ilin ən yaxşı idman təşkilatı elan etmişdir.