Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Kənd təsərrüfatı naziri Qəbələdə bölgə vətəndaşlarını qəbul etmişdir.

26 dekabr 2015 | 02:00

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov dekabr ayının 25-də Qəbələ Mədəniyyət Mərkəzində Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Abşeron rayonlarının sakinləri ilə görüşmüşdür. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 40-a yaxın vətəndaşın müraciətinə baxılmışdır. Qəbula gələn vətəndaşlar əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikalarının alınmasına kömək göstərilməsi, texniki təminatın artırılması, pay torpaqları ilə bağlı yaranmış problemlərin həlli, baytarlıq nəzarəti xidmətinin gücləndirilməsi, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər etmişlər. Nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar vermişdir. Heydər Əsədov sakinlərlə görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı son dövrlərdə imzaladığı sərəncamları ətraflı şərh etmiş, qəbul olunmuş sərəncam və qərarların bütövlükdə kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə kənd təsərrüfatının inkişafına təkan verəcəyini vurğulamışdır. Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapmış, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülmüşdür. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər