Qəbələ IV Beynəlxalq İncəsənət Sərgisində.
”İdman! Gözəllik! Həyat!” adlı Qəbələ IV Beynəlxalq İncəsənət Sərgisinə tamaşaçı axını davam edir. Tamaşaçılar sərgidə bir araya gələn və ən müxtəlif mədəniyyətləri təmsil edən çox nüfuzlu dünya rəssamlarının işləri ilə tanış olur, satışa çıxarılan rəngkarlıq nümunələrinin alqı-satqısında iştirak edirlər. Mədəniyyət mübadiləsi dəyərləri barədə məlumatlandırma işlərinin yüksək səviyyədə təşkil edildiyi sərgidə nümayiş olunan əsərlərin leytmotivini ”İdman! Gözəllik! Həyat!” mövzusu təşkil edir. Layihənin ana xətti, mövzusu və ali məqsədi idmanın həqiqətən də sülh, sağlamlıq, gözəllik və həyat mənbəyi olması barədə bəşəriyyətin maarifləndirməsində istifadə olunan özünü dərketmədir. Boyalardan və rəngkarlıq texnikasından məharətlə istifadə edən fırça ustaları əsərlərində idmanın dinamika, hərəkət, enerji və mücərrədlik kimi məziyyətlərini obrazlarda yaradaraq canlandırmışlar. Qəbələlilərin intellektual istirahət məkanına çevrilmiş Beynəlxalq İncəsənət Sərgisi 2016-cı ilin yanvarın ayının 17-dək davam edəcəkdir.