Rayon icra hakimiyyəti başçısı yanında Şura iclası keçirilmişdir.
Qəbələ Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir. İclasda rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev, şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, təşkilatların rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər. Yığıncağı giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev əvvəlcə bütün tədbir iştirakçılarını “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və yeni il münasibəti ilə təbrik etmişdir. Sonra gündəlikdə duran üç məsələni şura üzvlərinin və iştirakçıların diqqətinə çatdırmışdır. Gündəlikdə yaşayış məntəqələrinin dayanıqlı inkişafı və özbaşına aparılan tikililərə qarşı görülmüş tədbirlər, dini ekstrizim, vəhabilik və digər radikal dini təriqətlər islam dininin əsl dəyərlərinə, dövlətçiliyə, insanlara və bəşəriyyətə qarşı yönələn ciddi təhlükədir mövzuları və cari məsələlər müzakirə edilmişdir. Birinci məsələ ilə əlaqədar RİH-nin Memarlıq şöbəsinin müdiri, baş memar Təbriz Abdulxalıqovun məruzəsi dinlənilmişdir. Şura iclasındakı ikinci məsələ barədə rayon prokuroru Məqsəd Orucov geniş məlumat verərək, mövzunu ətraflı təhlil etmişdir. Rayon polis şöbəsinin rəisi Ehtibar Abduyev və Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsinin rəisi Mövlud Abbasov məsələ ətrafında çıxış edərək mövzu ilə bağlı Qəbələdə həyata keçirilən profilaktik tədbirlər barədə yığıncaq içtirakçılarını məlumatlandırmışlar. Daha sonra cari məsələlər müzakirəyə çıxarılaraq, şura tərəfindən müvafiq qərar qəbul edilmişdir. Şura iclasını Qəbələ Rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev yekunlaşdırmışdır.