Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qəbələ” klubu UEFA Avropa Liqası yarışlarının finalçısı ilə qarşılaşacaq.

31 dekabr 2015 | 00:00

“Qəbələ” futbol klubunun qış hazırlığı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblər müəyyənləşib.Topaz Premyer Liqasının 2015-2016-cı il mövsümünün ilk yarısından sonra istirahətə buraxılan komandamız yanvarın 10-da start götürəcək Türkiyə təlim-məşq toplanışında 3 matç keçirəcək. Yanvarın 27-dək davam edəcək hazırlıqlardakı ilk rəqib “Osnabryuk” komandası olacaq. Almaniya çempionatının aşağı liqa təmsilçisi ilə qarşılaşma yanvarın 16-da təşkil ediləcək. Dörd gün sonra “Qəbələ” ikinci yoxlama oyununa çıxacaq və İsveçrənin “Sürix” klubu ilə qarşılaşacaq. Yanvarın 24-də keçiriləcək son yoxlama matçında isə komandamız UEFA Avropa Liqasının ötən mövsümünün finalçısı “Dnepr”lə görüşəcək.

Keçidlər