Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

31 dekabr– Dünya Azəbaycanlılarının Həmrəyliyi günü qeyd edilmişdir.

31 dekabr 2015 | 16:00

Qəbələ rayonunun idarə, təşkilat, müəssisələrində, mədəni-maarif ocaqlarında və ümumtəhsil məktəblərində 31 Dekabr – Dünya Azəbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş bayram tədbirləri keçirilmişdir. Tədbirlərdə bu tarixin ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında əlaqələr qurmaq, birlik və həmrəylik yaratmaq işində mühüm əhəmiyyətə malik olduğu qeyd edilmişdir. Bayram şənliklərində dünya azərbaycanlılarının birliyinin yaradılması məqsədilə 1991-ci ilin dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev tərəfindən 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edildiyi bildirilmişdir. Beləliklə, 31 dekabrın həmin tarixdən bütün azərbaycanlılar üçün əziz olan gün kimi qeyd edildiyi diqqətə çatdırılmışdır. Bayram tədbirlərində ümummilli lider Heydər Əliyevin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi ifadə olunmuş, görülən işlərin və həyata keçirilən tədbirlərin Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynadığı vurğulanmışdır.

Keçidlər