Qəbələdə 332 nəfər işlə təmin olunmuşdur.
06 yanvar 2016 | 16:00
2015-ci ildə Qəbələ Rayon Məşğulluq Mərkəzinə 705 nəfər işaxtaran vətəndaş müraciət etmişdir. Onların 148 nəfəri qadınlar olmuşdur. Müraciət edənlərdən 76-sı qadınlar olmaqla, 332 nəfəri öz peşəsinə uyğun daimi işlə təmin edilmişdir. Onlar əsasən tikinti, təbii qaz və içməli su təchizatı, səhiyyə və sosial xidmətlər, turizm və kommunal xidmət sahələrində, otel, mağaza və restoranlarda işə düzəlmişlər. Məşğulluq mərkəzi 2015-ci ildə eləcə də, 17 nəfəri peşə hazırlığı kurslarına cəlb etmiş, 22 nəfərə işsiz statusu verərək müavinət ödəmişdir.