Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Tikanlı kəndində hesabat yığıncağı keçirilmişdir.

09 yanvar 2016 | 16:00

Tikanlı kənd inzibati ərazi nümayəndəliyində 2015-ci ildə sosial-iqtisadi sahədə görülmüş işlərə və 2016-cı ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda inzibati ərazidəki sosial obyektlərin rəhbərləri, ziyalılar, torpaq mülkiyyətçiləri və kənd sakinləri iştirak etmişlər. Tədbirdə hesabat məruzəsi edən inzibati ərazi nümayəndəsi Azər Rəfiyev 2015-ci ildə Tikanlı kəndində görülən işlər və qarşıda duran vəzifələr barədə yığıncaq iştirakçılarına ətraflı məlumat vermişdir. Məruzədə ötən il kəndə yeni su xəttinin çəkildiyi, kənd yollarının təmir edildiyi, yaşayış məntəqəsinin sel sularından mühafizəsi məqsədilə ərazidə beton bəndin inşa edildiyi diqqətə çatdırılmışdır. Məruzə ətrafında çıxış edən kənd sakinləri ölkə başçısı tərəfindən 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar ərazidə qazanılan uğurlardan, əhalinin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, sosial-iqtisadi sahədə ğörülən işlərdən bəhs etmişlər. Çıxış edənlər kənddə müəyyən problemlərin olduğunu da vurğulayaraq, həmin problemlərin həlli yolları ilə bağlı təkliflər irəli sürmüşlər. Tədbirdə rayon icra hakimiyyətinin başçısı yanında şuranın üzvü, rayon maliyyə idarəsinin rəisi Namiq Ağayev iştirak etmişdir. Hesabat yığıncağında qərar layihəsi qəbul olunmuşdur.

Keçidlər