Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qəbələ” komandası Almaniya, İsveçrə və Ukrayna klubları ilə yoldaşlıq oyunu keçirəcək.

11 yanvar 2016 | 16:00

Futbol üzrə Topaz Premyer Liqasının XVIII turu başa çatdıqdan sonra istirahətə buraxılan “Qəbələ” hazırlıqlara start verib. Təlim-məşq prosesi keçirmək məqsədilə komanda artıq Türkiyəyə yola düşmüşdür. Antalyada “Qəbələ”nin legioner futbolçuları da komandaya qoşulacaq və toplanış yanvarın 27-dək davam edəcəkdir. Hazırlıq müddətində “Qəbələ” 3 yoldaşlıq oyunu keçirəcək. Komandamızın ilk rəqibi “Osnabryuk” komandası olacaq. Almaniya çempionatının aşağı liqa təmsilçisi ilə qarşılaşma ayın 16-da baş tutacaq. Dörd gün sonra ikinci yoxlama oyununda İsveçrənin “Sürix” klubu ilə, yanvarın 24-də baş tutacaq son yoxlama matçında isə Ukrayna təmsilçisi “Dnepr”lə görüşəcəkdir. Premyer Liqanın ilk iki dövrəsində keçirdiyi 18 oyunda 28 xal toplayan “Qəbələ” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 2016-cı ilin ilk rəsmi matçını yanvarın 30-da keçirəcək komandamız çempionatın XIX turunda “Kəpəz”lə qarşılaşacaqdır.

Keçidlər