Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

20 Yanvar şəhidləri yad edilmişdir.

12 yanvar 2016 | 16:00

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi 20 Yanvar şəhidlərinin anım gününü qeyd etmişdir. Tədbirə şəhər məktəblərinin şagirdləri və müəllimləri dəvət edilmişdilər. Tədbir iştirakçıları əvvəlcə şəhidlərin müqəddəs məzarları önünə gül dəstələri qoymuşlar. Sonra şəhidlərin işıqlı xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərkəzin direktoru Rəna Mahmudova sovet imperiyası tərəfindən Bakıda törədilmiş 20 Yanvar hadisələri zamanı xalqın başına gətirilən müsibətlər haqqında ziyarətə gələnlərə ətraflı məlumat vermişdir. Sonda məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Keçidlər