Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

İnzibati ərazi nümayəndəlikləri hesabat verirlər.

15 yanvar 2016 | 16:00

Həmzəli kənd icra nümayəndəliyinin 2015-ci ildə ərazidə sosial-iqtisadi sahədə görülmüş işlərə və 2016-cı ildə qarşıda duran vəzifələrə dair iclası keçirilmişdir.
İclasda kənd ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, ziyalılar iştirak etmişlər.
Yığıncaqda 2015-ci ildə görülən işlərlə əlaqədar kənd icra nümayəndəsi Nazir Cabbarovun hesabat məruzəsi dinlənilmiş, 2016-cı ildə qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Məruzədə ərazidə 420 təsərrüfatda 1686 nəfər əhalinin yaşadığı, onların əsasən bitkiçilik, tərəvəzçilik, bağçılıq, heyvandarlıq, ümumiyyətlə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olduqları qeyd olunmuş, bu ilin məhsulu üçün 33 ha sahədə arpa, 205 ha sahədə buğda əkdikləri bildirilmişdir. Sahələrə müntəzəm baxış keçirildiyi, ziyanvericilərə qarşı dərmanlama işləri aparıldığı, torpaq mülkiyyətçilərinə güzəştli qaydada gübrələr verildiyi diqqətə çatdırılmış, nümayəndəlik tərəfindən bu istiqamətdə istehsalçılara lazımi köməklik göstərildiyi vurğulanmışdır.
Məruzədə ötən il kəndə təbii qaz xəttinin çəkilməsinə başlanıldığı və hazırda motaj işlərinin sürətlə davam etdirildiyi, əhalinin içməli su təchizatının yaxşılaşdırıldığı, yolların təmir olunduğu səslənmiş, ərazidəki sosial obyektlərdə cari təmir işlərinin görüldüyü bildirilmişdir.
Yığıncaqda kənd sakinləri çıxış edərək kənddə aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını ifadə etmiş, yaşayış məntəqəsində mövcud olan problemlərin həlli istiqamətində təkliflər irəli sürmüşlər.
Hesabat yığıncağında qərar lahiyəsi qəbul olunmuşdur.

Keçidlər