20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü münasibətilə Qəbələ Rayon Mədəniyyət Mərkəzində tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Qəbələ Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Nargilə Qafarova açmış, 20 Yanvar şəhidlərinin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Nargilə Qafarova çıxışında 20 yanvar gününün ümumxalq faciəsi, eyni zamanda müstəqillik, istiqlal və azadlıq uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunduğunu qeyd etmişdir. Natiq vurğulamışdır ki, bu təcavüz xalqımızı mənəvi cəhətdən sarsıda bilməmiş, onun mənliyini tapdalaya, qürurunu sındıra bilməmiş, əksinə, 20 Yanvar günü xalqımızın qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazılmış və tariximizin bu səhifəsi imperiya güllələrinin səsi ilə açılsa da, şəhidlərimizin qanı ilə qəhrəmanlıq salnaməsinə həkk olunmuşdur. Daha sonra mədəniyyət mərkəzinin direktoru Malik Ağayev və digər mədəniyyət işçiləri tədbirdə çıxış etmişlər.