Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

8 Noyabr – Zəfər Günü ərəfəsində şəhid ailələri ziyarət edilir

04 noyabr 2023 | 08:47

03 noyabr 2023-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən “8 Noyabr - Zəfər Günü” ərəfəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçmiş şəhid Mustafayev Elməddin Məhəmməd oğlunun ailəsi evlərində ziyarət edilmişdir. Görüşdə 8 Noyabr – Zəfər Günü münasibəti ilə şəhid ailəsi təbrik edilmiş, şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman əziz tutulduğu, şəhid ailələri daim dövlətimizin diqqət mərkəzində saxlanıldığı qeyd edilmiş, ailənin problemləri ilə maraqlanılmış, onlara bayram sovqatı təqdim edilmişdir. Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər