8 Noyabr Zəfər Günü ilə bağlı “Zəfər bizimdir” adlı tədbir keçirilmişdir
03.11.2022-ci il tarixdə Qəbələ Rayon Mərkəzi Xəstəxanası PHŞ-in təşkilatçılığı ilə 8 Noyabr Zəfər Günü ilə əlaqədar “Zəfər bizimdir” adlı tədbir keçirilmişdir. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Qəbələ RMXPHŞ-in direktoru Ceyhun Əhmədov, şəhid həkim Akşin Ənvərlinin atasi Faiq Abdullayev, həkim-qazi Məhəmməd Kərimli çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi ugurlu siyasətin nəticəsində qazanılmış Zəfərdən, Torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə Azerbaycan xalqının, o cümlədən tibb işçilərinin ön və arxa cəbhədə göstərdiyi şücaətdən bəhs etmişlər. Sonda Zəfər savaşının qısa xronologiyasını əks etdirən video çarx nümayiş etdirilmişdir.