“8 Noyabr – Zəfər Günü” ilə əlaqədar “Müzəffər xalqın şanlı zəfəri” adlı tədbir keçirilib
04 noyabr 2022-ci il tarixdə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İB-də “8 Noyabr – Zəfər Günü” ilə əlaqədar “Müzəffər xalqın şanlı zəfəri” adlı tədbir keçrilib. Vətən müharibəsi qaziləri və iştirakçıları, gənclər, QHT nümayəndələri, ictimai fəalların iştirak etdiyi tədbirdə öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Qəbələ RGRM İB-nin icraçı direktoru Anar Məhərrəmov tədbiri açaraq iştirakçıları salamlamış, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun cəmi 44 gün ərzində bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyini diqqətə çatdırmışdır. Çıxış edən Vətən müharibəsi qaziləri və iştirakçıları müharibə zamanı torpaqlarımızın ərazi bütövlüyünü təmin edən şəhidlərimizdən, əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi igidliklərdən danışmış, indi həmin torpaqlarda genişmiqyaslı quruculuq işlərinin aparıldığını, ölkəmizin sürətlə inkişaf etdiyini, regionda bütün beynəlxalq layihələrin icrasında ölkəmizin müstəsna rolunu ifadə etmiş, dövlətimiz tərəfindən şəhid və qazi ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə öz minnətdərlıqlarını bildirmişlər.