“8 Noyabr - Zəfər Günü” münasibətilə gənclər arasında intellektual yarış keçirilib
29 oktyabr 2025 | 12:14
“8 Noyabr - Zəfər Günü” ilə əlaqədar gənclər arasında intellektual yarış keçirilib. Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzi Qəbələ bölməsinin nümayəndəlikləri və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələrinin iştirak etdiyi tədbirin keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsinin inkişaf etdirilməsinə, tariximiz haqqında biliklərinin genişləndirilməsinə, onların asudə vaxtlarının səmərəli təşkil edilməsinə şərait yaratmaqdır. Sonda 1-ci yerə layiq görülən “Şuşa komandası”nın üzvlərinə diplom və hədiyyələr təqdim olunub.













