Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“8 Noyabr-Zəfər Günü”nə həsr edilmiş “Zəfərə gedən yol” adlı “Bilik” yarışı keçirilib

28 oktyabr 2022 | 12:34

Qəbələ Rayon İcra Hakimiyyəti və rayon gənclər və idman idarəsinin təşkilatçılığı, rayon təhsil sektorunun iştirakı ilə şəhər 1 saylı tam orta məktəbdə şəhər ümumtəhsil məktəbləri arasında “8 Noyabr-Zəfər Günü”nə həsr edilmiş “Zəfərə gedən yol”  adlı bilik yarışı keçirilmişdir. Yarışda şəhər tam orta məktəblərin IX-XI sinif şagirdləri komanda şəklində iştirak etmişlər.   Tədbirdə öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov çıxışda yarışın keçirilməsinin məqsədi barədə məlumat vermiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən qayğıdan və respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış və “Zəfər günü” münasibətilə iştirakçıları təbrik edərək onlara uğurlar arzulamışdır. Yarışın nəticəsinə görə Qəbələ şəhər 5 saylı tam orta məktəbin komandası I yerə, şəhər 3 saylı tam orta məktəbin komandası II yerə və şəhər 1 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülmüşdür. Sonda fərqlənmiş komandalara Gənclər və İdman idarəsinin diplom və xatirə hədiyyələri təqdim olunmuşdur.

Keçidlər