8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir" adlı tədbir keçirilib
Qəbələ Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir" adlı tədbir keçirilib. Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhadətə ucalmış şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edənlər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, qəhrəman oğullarımızın göstərdiyi şücaətdən və hər zaman ordumuza dəstək olan, arxa cəbhədə əsgərlərimizlə birlikdə çiyin-çiyinə vuruşan xalqımızın mübarizə əzmini diqqətə çatdırıblar. Sonda məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səslənib, Vətən müharibəsində qazanılan tarixi Zəfərlə bağlı videoçarx nümayiş olunub.