Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

20 yanvar- milli qürur və şərəf günü.

20 yanvar 2016 | 02:00

Heydər Əliyev Mərkəzində 20 Yanvar şəhidlərinin anım günü ilə əlaqədar “20 yanvar- milli qürur və şərəf günü” adlı tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində 20 yanvar hadisələri ilə bağlı təşkil edilmiş sərgi ilə tanış olmuşlar. Sonra konfrans zalında davam edən tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərkəzin əməkdaşı Kəmalə Qasımova məruzə edərək, 20 Yanvar hadisələri zamanı rus ordusu tərəfindən dinc xalqımıza qarşı tutulan divandan ətraflı danışmış, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Bakıda həyata keçirdiyi vəhşi terror aktının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazıldığını bildirmişdir. Bu qanlı qətliama ilk öz etirazını bildirən ümummilli lider Heydər Əliyevin 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış etdiyini və hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid etdiyini vurğulamış, baş verənləri hüquqa, demokratiyaya yad, humanizm prinsiplərinə zidd bəyan etdiyini vurğulamışdır. Məruzəçi Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban edən şəhidlərimizin qəhrəmanlıq mübarizəsinin bu gün çox böyük hörmət və ehtiramla əziz tutdulduğunu, onların igidliyinin yüksək qiymətləndirdiyini, şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizin göz bəbəyi kimi qorunmalı olduğunu, ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməli olduğumuzu bildirmişdir. Yekunda tədbir iştirakçılarına məktəblilərin 20 Yanvar hadisələrinə həsr etdikləri ədəbi-bədii kompozisiya göstərilmişdir.

Keçidlər